"Səbail" və "Sumqayıt"ın əvəzedici komandalarının görüşündə 10 qol

Futbol üzrə Azərbaycan I Divizionunda XV turun digər oyunları keçirilib. 

SportLine.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub. "Turan Tovuz" səfərdə MOİK-ə 0:3 hesabı ilə uduzub. “Səbail-2” - “Sumqayıt-2” matçında isə 10 qol qeydə alınıb - 5:5.  

Qeyd edək ki, "Qarabağ-2" - "Zirə-2" matçı təxirə salındığından martın 4-də baş tutacaq. 

15 fevral (cümə)

“Keşlə-2” – “Qaradağ Lökbatan” - 2:0 
“ASK Arena”

MOİK – “Turan Tovuz” - 3:0 
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

“Ağsu” – “Şüvəlan” - 0:1 
Ağsu şəhər stadionu

“Səbail-2” – “Sumqayıt-2” - 5:5 
“Bayıl Arena”

14 fevral (cümə axşamı)

“Zaqatala” – “Sabah-2” - 2:1 
Zaqatala şəhər stadionu

“Neftçi-2” – “Kəpəz” - 3:2 
“ASK Arena”