"Səbail" yeni futbolçusu ilə vidalaşdı

"Səbail" futbolçusu Dilan Duventru ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki,  onun müqavilə vaxtından əvvəl  qarşılıqlı razılıq əsasına ləğv edilib. Bunun səbəbi barədə məlumat verilməyib. 30 yaşlı yarımmüdafiəçi azad agent statusu alıb.

Xatırladaq ki, "Səbail" Duventrunu bu ilin iyununda transfer etmişdi. O, ötən mövsüm "Zirə"də oynayıb.