"Səbail" yeni qapıçı ilə anlaşıb

"Səbail" heyətinə yeni qapıçı qatıb.

Sportline.az xəbər verir ki, bu barədə Qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, makedoniyalı qolkiper Daniel Bojinovski ilə artıq şifahi razılıq əldə olunub:

"Daniel bu gün Bakıya gələcək və 1 illik müqaviləyə imza atacaq. Bilirsiniz ki, Rıbka zədəlidir və ən yaxşı halda 4 aydan sonra meydana qayıda bilər. Belədə cəmi 2 qapıçımız qalır. Ona görə də üçüncüyə ehtiyac var idi. Bojinovski büdcəmizə uyğun olduğu üçün komandaya dəvət etdik".

Qeyd edək ki, Bojinskinin son klubu "Rabotniçki" olub.