"Zirə" qələbəni əldən verdi

Topaz Premyer Liqasında 4-cü turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha bir qarşılaşma keçiriləcək. "Səbail" "Zirə" ilə münasibətləri aydınlaşdıracaq.

Turnir cədvəlinin zirzəmisində qərarlaşan "Zirə" Samir Abbasovun baş məşqçi təyin edilməsindən sonra ilk oyununa çıxacaq. Qəsəbə təmsilçisi uğursuz zolaqdan yaxa qurtarmaq niyyətindədir. "Səbail" isə doğma meydanda 3 xal qazanmaq üçün mübarizə aparacaq.

Saat 20:30-da başlanacaq görüşü Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


15 sentyabr 2018
TPL, 4-cü tur

“Səbail” – “Zirə” - 1:1
QOLLAR: 
Pərdis Fərcad-Azad, 68/p. (0:1); Rahid Əmirquliyev, 84 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”

Standings provided by Sofascore LiveScore