"Zirə" qələbəsizlik seriyasını qırdı

Topaz Premyer Liqasında 26-cı tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək. Uğursuz nəticələri sıralayan "Zirə" "Səbail"in qonağı olacaq.

Meydan sahibləri qələbə qazanmaqla "Keşlə"ni arxada qoymaq niyyətindədir. "Zirə" isə avrokubok şanslarını saxlamaq üçün 3 xala ehtiyac duyur.

Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.


05 may 2018
Topaz Premyer Liqası
26-cı tur

"Səbail” – "Zirə” - 0:1
QOL: 
Müşfiq İlyasov, 16 (0:1)

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena”

Standings provided by Sofascore LiveScore