"Səbail"də növbəti ayrılıq

"Səbail" daha bir futbolçusu ilə yolları ayırıb.

Sportline.az Bakı təmsilçisinin rəsmi sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, Elvin Yunuszadə ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib.  Ona azad agent statusu verilib.

Qeyd edək ki, "Səbail" bu gün Ağabala Ramazanovla da vidalaşıb.