"Səbail"də yeni futbolçu

"Sumqayıt"la vidalaşan Adil Nağıyevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Səbail"ə keçib.

Bu haqda paytaxt klubunun rəsmi saytında məlumat yayılıb.

Nağıyev yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Adil Nağıyev "Sumqayıt"a bu ilin əvvəlində "Zirə"dən keçmişdi.