"Səbail"dən "Olimpiakos"a

Ötən mövsümün sonunda "Keşlə"dən ayrılan Conatan Ayite karyerasını Kiprdə davam etdirəcək.
 
Sportline.az xəbər verir ki, toqolu hücumçu "Olimpiakos"la bir illik müqavilə bağlayıb. Bunu Nikosiya təmsilçisinin rəsmi saytı açıqlayıb.
 
Xatırladaq ki, bu yay "Səbail"dən ayrılan Dilan Duventru və Bilal Həmdi "Olimpiakos"a keçib.