"Səbail"dən qolsuz heç-heçə
Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün üçüncü yoxlama oyununu keçirib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Klinçeni” klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Səbail” toplanış çərçivəsində Bolqarıstan klubları ilə qarşılaşıb. "Dənizçilər" “Lokomotiv”ə (Plovdiv) 0:1, “Beroe” klubuna isə 0:4. hesabı ilə uduzub.
28 iyun
19:30. "Səbail" - "Klinçeni (Rumıniya) - 0:0