"Səbail"ə xoş xəbər: Rıbka qayıtdı

Uzun müddət zədədən əziyyət çəkən Aleksandr Rıbka "Səbail"in düşərgəsinə qayıdıb.

Sportline.az xəbər verir ki, ukraynalı qapıçı ölkəsində zədəsinin müalicəsindən sonra Bakıya dönüb. 32 yaşlı qolkiper “Səbail”in düşərgəsinə baş çəkib.

Rıbkanın yaxın zamanda komanda ilə birgə bərpa məşqlərinə başlayacağı bildirilib.