"Səbail"in akademiyası hollandiyalıya tapşırıldı

“Səbail” Futbol Akademiyasına yeni idman direktoru təyin olunub.

Sportline.az xəbər verir ki, bu vəzifə hollandiyalı Yan Yaap Şmaala həvalə edilib.

Qeyd edək ki, Şmaalın məşçqi karyerası əsasən Qətərlə bağlıdır. Gənc mütəxəssis ölkənin U-12 və U-13 yığmaların və “Əl-Xaur” klubunun U-17 komandasına rəhbərlik edib. Hollandiyalı mütəxəssis “Aspire Academy”də skaut kimi, eləcə də Asiya Futbol Konfederasiyasının “Pro” kurslarında çalışıb. Şmaal UEFA-nın “A”, Asiya Futbol Konfederasiyasının isə “Pro” kateqoriyasına malikdir.