"Səbail"in Avroliqadakı növbəti rəqibi

"Səbail"in UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Sportline.az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv I mərhələdə Rumıniyanın "Krayova" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş səfərdə olacaq.  

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.