"Səbail"in baş məşqçisinə ağır cəza

AFFA İntizam Komitəsi "Səbail"in baş məşqçisini cəzalandırıb. 

Sportline.az xəbər verir ki, bu barədə qərar komitənin bugünkü iclasında çıxarılıb. 

Əliyev Topaz Premyer Liqasında XXVII turun "Neftçi” ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi onu 5 oyunluq cəzaya, klubunu 4000 manat cəriməyə məruz qoyub. 

Gənc mütəxəssis mayın 20-də "Keşlə" ilə ev oyununu texniki zonadan kənarda izləyəcək. O, cəzasının qalan hissəsini isə gələn mövsüm çəkəcək.