"Səbail"in futbolçusu "Stemford Bric"də

"Səbail"in futbolçusu Maykl Essyen xeyriyyə matçında meydana çıxıb.

Sportline.az xəbər verir ki, o, "Soccer Aid" şirkəti tərəfindən təşkil olunan UNICEF-ə dəstək xarakterli oyuna qatılıb.

Londonun "Stemford Bric" arenasında keçirilən görüşdə Esyenin də oynadığı dünya seçməsi ilə İngiltərə əfsanələri üz-üzə gəliblər. Qarşılaşmada Didye Droqba, Rikardo Karvalyo, Frenk Lempard, Co Koul, Con Terri kimi veteran oyunçularla yanaşı, qadın futbolçular da çıxış edublər .

Əsas vaxtı 2:2 başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan Esyenin komandası qələbə qazanıb.