"Səbail"in hazırlıq planı müəyyənləşib

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Səbail”in yay hazırlıq planı bəlli olub.

Sportline.az klubun rəsmi sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsiçisi iyunun 18-də təlim-məşq toplanışı üçün Bolqarıstana yollanacaq. Komanda iyulun 2-dək ölkə xaricində hazırlıq keçəcək.

Premyer Liqamızda mövsümü 3-cü pillədə başa vuran “dənizçilər”in yoxlama görüşündəki rəqibləri hələlik açıqlanmayıb.