"Səbail"in hazırlıq planında dəyişiklik

"Səbail" futbol klubunun yay hazırlıq planında dəyişiklik baş verib. 

Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Bolqarıstana yox, Türkiyəyə yollanacaq. İyulun 9-da səfərə çıxacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. 

"Səbail" iki həftəlik toplanış müddətində Qızılcahamam bölgəsində məskunlaşacaq.