"Səbail"in heyətində yeni futbolçu

"Səbail" klubu növbəti transferi reallaşdırıb.

Sportline.az xəbər verir ki, söhbət ötən mövsüm "Zirə"də oynayan Mirsahib Abbasovdan gedir.

26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.  Onun adı Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya təmsilçisi “Universitatya” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Səbail" yay fasiləsində Mirsahib Abbasovun kiçik qardaşı Mirabdulla Abbasovu “Neftçi”dən icarəyə götürüb.