"Səbail"in ilk oyununun vaxtı bilindi

Avroliqaya hazırlığı Bolqarıstanda davam etdirən "Səbail"ın ilk yoxlama oyununun vaxtı müəyyənləşib.

Sportline.az klubun rəsmi Facebook  səhifəsinə istinadən xəbər verir ki, Plovdiv “Lokomotiv”ə (Bolqarıstan) qarşı keçiriləcək görüş  sabah Bakı vaxtı ilə 16:00-da başlanacaq.

Qeyd edək ki, "Səbail" həmçinin, Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) ilə yoxlama görüşü keçirəcək.