"Səbail" Qətər klubu ilə heç-heçə etdi
İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Qətərin “Əl Şəhaniyə” komandası olub
Ankara Kızılcahamam “Soğuksu Açık Spor Kompleksi”nin meydançasında keçirilən görüşdə qalib müəyyənləşməyib - 2:2.
"Səbail"in heyətində Ruslan Qurbanov və Ağabala Ramazanov fərqlənib.