"Səbail"in rəqibi müəyyənləşdi

"Səbail"in qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, Ukraynanın "Olimpik" klubudur. Bu barədə Donetsk təmsilçisinin saytı məlumat yayıb. Komandanın  yanvarın 18-də Antalyada "Səbail"la qarşılaşacağı bildirilib.

Qeyd edək ki, "Olimpik" hazırda Ukrayna Premyer Liqasında 18 turdan sonra 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.