"Səbail"in rəqibləri bəlli oldu
Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq "Səbail” futbol komandasının yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
SportLine.az xəbər verir ki, "dənizçilər” yanvarın 15-də "Aqvital” (Macarıstan), 21-də "Desna” (Ukrayna), 24-də isə "Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.
Komandanın qüvvəsini sınayacağı 4-cü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "Səbail” yanvarın 25-dək Türkiyədə hazırlıq keçəcək.