"Səbail"in rəqibləri müəyyənləşdi

"Səbail” futbol komandasının qış hazrlığı dövründə Türkiyənin Antalya bölgəsində keçirəcəyi 3 yoxlama matçında rəqibləri müəyyənləşib. 

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk görüş yanvarın 15-də Macarıstan təmsilçisi "Aqvital Csakvar”a qarşı olacaq. Yanvarın 21-də Ukrayna "Desna”sı ilə qarşılaşacaq "Səbail" yanvarın 24-də Qazaxıstan "Kaysar”ını sınağa çəkəcək.

Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Antalyaya yanvarın 12-də yollanacaq. 

Qeyd edək ki, "Səbail” Topaz Premyer Liqasında mövsümün ilk yarısını 21 xalla 3-cü pillədə başa vurub.