"Səbail"in şikayəti rədd edildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportline.az xəbər verir ki, iclasda “Səbail” tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Qurum onların müraciətini rədd edib. Bununla da İntizam Komitəsinin Elton Yaqublu ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyunu başa çatdıqdan sonra protokolda adı olmayan futbolçu hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimələnib. Bu cəzanın yalnız iki matçı keçdiyindən Yaqublu 2019-cu ilin ilk iki çempionat oyununu da buraxmalı olacaq.