Seçmə komandamız məğlubiyyətlə başladı

17 yaşadək futbolçulardan ibarət seçmə komandamız Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Makedoniya yığması ilə qarşılaşan futbolçularımız 0:2 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, millimiz turnirdə növbəti matçını aprelin 13-də Xorvatiya, son oyununu isə 15-də ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək.