Seçməmiz Fransaya 5 cavabsız qolla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa seçməsinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk turda Lixtenşteynə uduzan (0:1) milli ikinci turda Slovakiya üzərində qələbə qazansa da (2:1), son oyunda Gürcüstana böyük hesabla məğlub olmuşdu – 0:3.

Fransa komandası isə qrupda ilk matçını keçirmiş oldu.

AÇ-2021-in seçmə mərhələsi
II qrup

10 oktyabr

23:00. Fransa – Azərbaycan - 5:0

Qollar: Odson Eduard, 2, 36, Dan-Aksel Zaqadu, 40, Hussem Auar, 52, Arno Norden, 76

Baş hakim: Antoniu Nobre (Portuqaliya)