Seçməmiz Ukrayna millisinə məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Vüqar Məmmədin baş məşqçisi olduğu kollektiv ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yığmanın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə İsrailə 0:6 hesabı ilə uduzub.