Seçməmiz Ukraynaya uduzdu

Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:4 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu Vüsalə Seyfəddinova vurub.

Bu komandalar arasında növbəti oyun martın 17-də keçiriləcək.