Seçməmiz "Zirə"yə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində “Zirə”nin U-19 komandası ilə qarşılaşıb.

SportLine.az xəbər verir ki, görüş 4:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Musa Qurbanlının dubl etdiyi oyunda digər qolları Nemət Şıxəmirov və Samir Abdullayev vurub.

Qeyd edək ki, millimiz Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirinə hazırlaşır.