"Səhvlərimiz oldu" - Qurban Qurbanov

“Pis oyun keçmədi. 27 gündür burdayıq, futbolçularda fiziki yüklənmə var. Bu da normal haldır".

SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Mladost"la (Monteneqro) 1:1 hesabı ilə bərabərə qaldıqları  sonuncu yoxlama oyunundan sonra deyib.

O, futbolçularının yaxşı mübarizə apardığını bildirib: "Səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də düzələcək”.