Səlahət Ağayev "Kayrat"ın maraq dairəsində

"Neftçi" qapıçısı Səlahət Ağayev karyerasını ölkə xaricində davam etdirə bilər. 

Sportline.az xəbər verir ki, bu barədə Sport7.az-a futbolçunun meneceri Vaqif Heydərli məlumat verib. 

O, bildirib ki, millimizin üzvünə həm ölkə, həm də xarici komandalardan təklif var. Lakin futbolçu son qərarını millinin oyunundan sonra açıqlayacaq. 

Qeyd edək ki, menecer komandaların adını açıqlamasa da, Ağayevlə maraqlanan klublar sırasında Qazaxıstanın "Kayrat" komandasının da olduğu deyilir.