Səlahət Ağayev millinin düşərgəsini tərk etdi

UEFA Millətlər Liqasında sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Sportnet.az AFFA-nın rəsm saytına istinadən xəbər verir ki, "Neftçi"nin qapıçısı Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə toplanışa "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev dəvət olunub.

Allah rəhmət eləsin...

Banner