Səmədov "Spartak"la vidalaşdı
Moskva "Spartak"ı Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovla yolları ayırıb. SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı yarımmüdafiə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Aleksandr Səmədov karyerası ərzində yalnız Moskva komandalarının formasını geyinib. O, yetirməsi olduğu "Spartak"dan əlavə, "Moskva", "Dinamo" və "Lokomotiv"də də çıxış edib.