Sənan Qurbanov: "4-cü dəfə məyus olmaq istəmirik"

Futbol üzrə Azərbaycan kubokunun finalında “Sumqayıt”la üz-üzə gələcək “Qəbələ” bu gün son məşqinə çıxıb.

Sportline.az xəbər verir ki, son məşqin ardından “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov, eləcə də kapitan Cavid Hüseynov fikirlərini bölüşüblər. Peşəkar Futbol Liqasının rəsmi saytına danışan klub nümayəndələri qələbəyə ümidli olduqlarını billdiriblər.