Sənan Qurbanov: "Futbolçulara ciddi iradlarım yoxdur"

Topaz Premyer Liqasının 23-cü turunda "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib.

Sportline.az xəbər verir ki, ""Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

"Futbolçulara ciddi iradlarım yoxdur. Oyuna yaxşı hazırlaşmışdılar. Matçın əvvəllərində konsentrasiyanı itirdik və qol buraxdıq. Amma tezliklə bərabərlik qolunu vurduq. Sonlarda isə buraxdığımız səhv nəticəsində vurulan qol məğlubiyyətimizlə yekunlaşdı.

Mən öz işimi maksimum yerinə yetirir, üzərimə düşən vəzifə alınmazsa, özümü günahlandırıram. Çempionatın əvvəllərində bəxt üzündən xallar itirdik. Hər oyunda fərqli tapşırıqlar olur. "Sabah"la oyunu çıxsaq, futbolçulara elə bir iradlarımız yoxdur".