Sənan Qurbanov: "Qələbə qazanmaq üçün meydanda heç nə etmədik"

Topaz Premyer Liqasında "Qəbələ" - "Sabah" (0:0) görüşündən sonra ənənəvi mətbuat konfransı keçirilib.

Sportline.az xəbər verir ki, mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov görüşlə bağlı təəssüratlarını bölüşüb:

"Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni ən çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi. Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur".