Sənan Qurbanovdan qələbə şərhi

Azərbaycan kuboku turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, "Sumqayıt"a finalda minimal hesabla qalib gələn "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov qələbəni şərh edib.

"4-cü dəfədir ki, kubokun finalında oynadıq. Amma ilk dəfə kuboku qazandıq. Futbolçularımızın hamısı əsl qəhrəmandır. Onlara təşəkkür edirəm. Hər şeylərini ortaya qoydular və kubokun sahibi oldular. Çempionatda istədiyimiz yerdə ola bilməsək də, kobuko qazanıb Avropa Liqasına yol açdıq. Rəhbərlik sabahdan Avropa Liqası üçün hazırlıqlara başlayacaq".