Seneqallı futbolçunun transferi 15 milyon avroya başa gəldi

Fransanın "Renn" klubu "Torino"dan icarəyə götürdüyü Mbaye Nianqın transfer hüququna yiyələnib.

Sportline.az xəbər verir ki, Liqa 1 klubu İtaliya təmsilçisinə 15 milyon avro ödəyib. Seneqal millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

"Renn" Nianqı ötən il Turin klubundan icarəyə götürmüşdü. 24 yaşlı forvard Liqa 1-də 29 oyuna 11 qol vurub, 4 assist edib.