Serbiyalı futbolçuya hücum

“Fiorentina”nın futbolçusu Aleksa Terziç naməlum şəxslər tərəfindən döyülüb.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Serbiya U-21 yığmasının düşərgəsindən ayrıldıqdan sonra şəxsi avtomobili ilə ailəsini ziyarət etmək üçün Belqrad şəhərindən Nişə yola düşən 20 yaşlı müdafiəçi bir qrup şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ilk olaraq, gənc futbolçunu təqib edib, daha sonra ondan maşınını saxlamasını istəyiblər. Avtomobildən düşən futbolçudan 5 min avro pul istəyən xuliqanlar,  bu təklifi qəbul etmədiyinə görə Terziçi döyməyə başlayıblar.

Döyüldükdən sonra xəstəxanaya yerləşdirilən futbolçunun burnunda qırıq, bədənin müxtəlif yerlərindən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, məsələ ilə bağlı Serbiya polisi araşdırma başladıb.