Serxio Aqüero qəzaya düşdü

"Mançester Siti"nin futbolçusu Serxio Aqüero avtomobil qəzası keçirib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən argentinalı hücumçu İngiltərə klubunun bazasına gedən zaman baş verib. Aqüero qəza zamanı xəsarət almasa da, avtomobilinə maddi ziyan deyib.

Qəzadan sonra 31 yaşlı futbolçunun müalicəyə ehtiyacı olmadığı, ancaq ona bir neçə gün istirahət verildiyi bildirilib.