Serxio Ramos: "Biz Zidanlayıq"

“Real”ın kapitanı Serxio Ramos Joze Mourinyonun komandaya qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az “AS” nəşrinə istinadla yazır ki, təcrübəli müdafiəçi hazırkı baş məşqçi Zinəddin Zidana dəstəyini ifadə edib.

“Köhnə nəticələrə baxmayaraq, biz Zidanlayıq. Başqa məşqçilər barədə danışmaq hörmətsizlik olar. Hər xal itkisi olanda hamı vəziyyətin gərginliyindən danışır. Amma uğura gedən yol uzundur və xal itkiləri də olur”.