"Sevilya" Bakıya bu futbolçularla gələcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" UEFA-ya iştirak ərizəsini təqdim edib.

Sportline.az xəbər verir ki, siyahıda 25 oyunçu yer alıb.

Qapıçılar: Tomaş Vaçlik (Çexiya), Bono (Mərakeş), Xavi Dias

Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kaptain), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon

Yarımmüdafiəçilər: Lukas Okampos, Ever Baneqa, Franko Vaskes (hamısı Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudeli (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan

Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Nolito, Munir El-Haddadi, Brayan Gil

Qeyd edək ki, "Sevilya" qrupda ilk oyununu sentyabrın 19-da səfərdə "Qarabağ"a qarşı keçirəcək.