"Sevilya" "Latsio"nu cavab matçında da üstələdi

UEFA Avropa Liqasında 1/16 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün mərhələnin cavab görüşləri start götürüb.

İlk oyun günündə bir qarşılaşma keçirilib. "Sevilya" və "Latsio" münasibətləri İspaniyada aydınlaşdırıb.

Romada minimal hesablı qələbəyə sevinən La Liqa klubu doğma meydanda da rəqibindən güclü olub.

20 fevral 2019
Avropa Liqası
1/16 final (cavab oyunu)

"Sevilya" - "Latsio" - 2:0
QOLLAR:
Ben Yedder, 20 (1:0); Pablo Sarabia, 78 (2:0)
İlk oyun: 1:0