"Sevilya" - "Qarabağ" görüşünün hakimi müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Sevilya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Sportline.az xəbər verir ki, UEFA oyuna İsveçdən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim ədalət təmsilçisi olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.