"Sevilya"nın üzvü "Qarabağ"dan danışdı

"Sabahkı matçı səbirsizliklə gözləyirəm. 3 xal qazanmaq lazımdır".

Sportline.az xəbər verir ki, bu fikirləri İspaniya "Sevilya"sının futbolçusu Alexandro Pozo "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə mətbuat konfransında deyib.

20 yaşlı hücumameyilli yarımmüdafiəçi baş məşqçi Xulen Lopetegi ilə münasibətlərindən də söz açıb: "Baş məşqçi mənim yanımda olduğunu söyləmək üçün otağına aparır. Bu mənim xəyallarımın komandasıdır. Bununla fəxr edirəm. Meydanda olduğum müddətdən həzz alacağam. Bu, mənim üçün daha çox meydanda özümüzü göstərə biləcəyimiz bir matçdır. Sabah xalqımızın önündə oynamaq istəyirəm. Özümü çox yaxşı hiss edirəm".

Gənc oyunçu komandanın kapitanı Xesus Navas barədə də danışıb. Pozo Navasın onun kumiri olduğunu sözlərinə əlavə edib: "Onunla bir komandada olmaq möhtəşəmdir. Mənə öyrətdikləri şeyləri göstərməyə çalışacağam. Ümid edirəm ki, uzun illər onun yanında olacağam. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq". 

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq