"Sevilya" "Qarabağ"la oyuna tam heyətlə çıxmayacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən  olan "Sevilya"nın Bakıya tam heyətlə gələcəyi gözlənilmir.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Baş məşqçi Xuan Lopeteqinin hücum xəttində çıxış edən 5 futbolçunun hamısını paytaxtımıza gətirməyəcəyi bildirilir. Onun Nolito, Munir El-Haddadi, Çiçarito, Luk de Yonq və Munas Dabbura qarşıdakı görüşlərdə növbə ilə şans verəcəyi qeyd olunub.

Lopeteqinin sentyabrın 22-də İspaniya La Liqasında "Real"la görüş üçün aparıcı futbolçularını qoruyacağı iddia olunur. Bu səbəbdən o, Avroliqada "Qarabağ"la görüşdə bəzi oyunçularını uzaq Bakı səfərinə gətirməyəcək.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı saat 20:55-də başlayacaq.