Sevilya səfəri öncəsi "Qarabağ"dan ismarıc

Azərbaycan çempionu “Qarabağ” Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olacaq.

Sportline.az xəbər verir ki, görüş Ağdam klubu üçün əhəmiyyətlidir. Meydan sahibləri 1/16 finala vəsiqəni təmin ediblər.

"Qarabağ" Nikosiyada APOEL-ə məğlubiyyətdən sonra işini çətinə salsa da, hələ də şansları var. Bunun üçün çətin səfərdə ən azı uduzmamaq lazımdır.

Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib. Ağdamlıların media xidməti matçın afişasını “"#yenitarixüçün son saniyəyə qədər meydanın hər nöqtəsində vuruşacağıq!" başlığı ilə yerləşdirib.