"Sevilya" "Selta" ilə bacarmadı

Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda 3-cü turda "Selta"nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

"Sevilya" - "Selta" - 1:1
Qollar: Franko Vasek, 81 (1:0), Denis Suares, 84 (1:1)

Bu, "Sevilya"nın ölkə çempionatında 2019/2020 mövsümündə ilk xal itkisi olub. Komanda 3 oyundan 7 xalla  ilk pillədə qərarlaşıb. "Atletiko" 6 xalla 2-ci (2 oyun), "Real" 4 xalla (2 oyun) 3-cüdür.

Qeyd edək ki, "Sevilya" Avroliqanın qrup mərhələsində ilk turunda sentyabrın 19-u səfərdə "Qarabağ"la qarşılaşacaq.