"Sevilya"da daha bir ayrılıq
UEFA Avropa Liqasında "Neftçi"nin potensial rəqibi olam "Sevilya" daha bir futbolçusu ilə vidalaşıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "əndəlüslər" qapıçısı David Soriya ilə yolları ayırıb.
Futbolçu karyerasını "Xetafe"də davam etdirəcək. Onunla 4 illik müqavilə imzalanıb.
D.Soriya İspaniya çempionatının son mövsümündə 15 oyun keçirib. O, qapısından 18 top buraxıb.
Qeyd edək ki, "Sevilya" iki gün öncə Kleman Lanqleni "Barselona"ya satıb.