"Sevilya"dan daha bir transfer

İspaniyanın “Sevilya” klubu yeni transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, əndəlislilər “Monako”nun sağ cinah vingeri Roni Lopeşi transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Portuqaliya millisinin üzvünün keçidi üçün "knyazlıq klubu"na 20 milyon avro təzminat ödənilib.

"Monako" "Benfika"nın yetirməsini 2015-ci ildə "Mançester Siti"dən 12 milyon avroya transfer etmişdi.