"Sevilya"nın baş məşqçisi Bakı səfərindən danışdı

"Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqiblərindən olan "Sevilya"nın baş məşqçisi Xulyen Lopeteqi, Bakı səfərinin heç də asan olmayacağı qənaətindədir.

Sportline.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında belə deyib: "La Liqada hər oyun bir sərgüzəştdir və istənilən rəqibin öz şərtləri var. Mövsümə uğurlu başlanğıc hələ heç nə demək deyil. Komanda hər şeyi düzgün edir və bizim işimiz bu tempi oyundan-oyuna artırmaqdır. Xüsusən də, Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. Çünki orada bizim üçün daha çətin olacaq. Avropa arenasında ilk oyunumuz olduğundan, çox həyəcanlıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" görüşü sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.